Koronavirusa yoluxanlar niyə çırpınaraq ölürlər?
Çində koronavirusa yoluxan insanların qəflətən yerə yıxılması və çırpınaraq ölməsinin səbəbi məlum olub.
Bu barədə danışan Dünya Səhiyyə Təşkilatının Türkiyə üzrə koordinatoru İrşad Əli Şeyx səbəb kimi ağciyərlərə toplanan mayeni göstərib:
"Koronavirusa yoluxan insanların yerə yıxılıb qəfildən ölməsinin səbəbi ağciyərlərində toplanan mayedir. Ağciyərlərində maye yığıldıqda şişkinlik yaranır və nəfəs ala bilmirlər. Nəfəs ala bilməyəndə də qəflətən yerə yıxılır, çırpınaraq ölürlər"./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın