
Koronavirusa yoluxanları bikinidə müayinə etdi - Cəzalandırıldı
Rusiyanın Tula şəhərində bir tibb bacısının bikini və şəffaf qoruyucu geyim geyinərək xəstələri müalicə etməsi gündəm mövzusu olub.
Xüsusi qoruyucu geyim geyinməyərək həm xəstələrin, həm də özünün sağlamlığını riskə atdığı üçün tibb bacısına töhmət cəzası verilib.
Adı açıqlanmayan tibb bacısı çox çətin şəraitdə çalışdıqlarını və isti havada uzun müddət xüsusi geyimdə işləyə bilmədiyi üçün bikini geyindiyini açıqlayıb. Xəstəxana rəhbərliyi isə geyim qaydalarına əməl olunmasına artıq daha ciddi şəkildə nəzarət ediləcəyini bildirib./Qafqazinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın