KORONAVİRUSUN İKİNCI DALĞASI DAHA GÜCLÜ OLACAQ - Alimlərin proqnozu
Rusiya virusoloqu, tibb elmləri doktoru, professor Anatoli Altşteyn bildirib ki, dünyanı koronavirusun ikinci dalğası gözləyir.
Bu barədə Rusiya mətbuatı xəbər verir.
Ekspertin sözlərinə görə, koronavirus elə mutasiya edir ki, bir çox ştamm yaranır.
Pandemiyanın başlanğıcından cəmi dörd ay keçməsinə baxmayaraq, COVID-19 artıq mutasiya edib, ancaq heç bir əhəmiyyətli dəyişikliyə məruz qalmayıb.
Alim özü də bildirib ki, koronavirus bütün digər viruslar kimi mutasiya edir. Lakin ekspertin sözlərinə görə, tədqiqatçılarda bununla bağlı statistik məlumat hələ çox deyil./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın