KORRUPSİYAYA QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ ƏMƏLİYYAT KEÇİRDİ -

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ ƏMƏLİYYAT KEÇİRDİ - Vəzifəli şəxslər saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda əməliyyat keçirib.

Məlumata görə, əməliyyat İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə edib.

Əməliyyat çərçivəsində Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev və bir neçə digər vəzifəli şəxslər saxlanılıb.

Əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir./qafqazinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi