Kraliça öldü, respublika rejiminə keçək – Çağırış
Avstraliyada II Yelizavetanın ölümündən bir neçə saat sonra konstitusiya monarxiyasından respublika rejiminə keçid etməklə bağlı çağırış edilib.
Bu barədə Avstraliyanın Yaşıllar Partiyasının lideri Adam Brandt Tvitter hesabında yazıb.
“Dünya kraliçası II Yelizaveta, rahat uyu. Ancaq indi Avstraliya irəli getməlidir. Ona görə biz yerli xalqlarla respublikaya çevrilmək üçün müqavilə imzalamalıyıq”, - o bildirib.
Qeyd edək ki, bu çağırış ictimaiyyət tərəfindən etirazla qarşılanıb və siyasətçidən mərhum kraliçaya hörmətlə yanaşmağı tələb ediblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın