Kreml işğalçını silahlandırmağa davam edir — Rusiya Ermənistana 12 ədəd "Su-30SM" təyyarəsi göndərir
Rusiya işğalçı Ermənistanı silahlandırmağa davam edir.
Rusiya yaxın vaxtlarda Ermənistana 12 ədəd müasir tipli "Su-30SM" qırıcı təyyarəsi göndərəcək.
Bu barədə “İnterfaks”-a Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova məlumat verib.
O, qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya və Ermənistan arasında müzakirələr aparılır.
Xatırladaq ki, Rusiya "Su-30SM" döyüş təyyarələrinin ilk partiyasını 2019-cu ilin dekabrında işğalçı Ermənistana göndərib. /Demokrat.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın