Kreml regionlarda qiyamla üz-üzə qalıb - Putin reytinqini sürətlə itirir
"Rusiyanın uzaq şərqində böyük nümayişlər prezidentdən narazılığın Moskvadan kənara çıxmasının göstəricisidir". “The Financial Times” qəzetində Henri Foy bu haqda yazıb.
Müəllif qeyd edir ki, 2018-ci ilin sentyabrında Prezident Vladimir Putinə regional seçkidə narahatçılığa heç bir əsas olmadığı deyilmişdi. Xabarovsk Diyarında keçirilmiş sorğu vəzifədə olan qubernatorun seçkidə qalib gələcəyini göstərmişdi.
Ancaq qəzetin gördüyü sənəddə belə bir xəbərdarlıq da yer alıbmış ki, Xabarovsk sakinlərinin yarıya qədəri iqtisadiyyatdan, sosial sferadan məmnun deyil, ancaq eyni zamanda vəzifədə olan
Bu proqnozdan 18 gün sonra Liberal Demokratik Partiyadan (LDPR) Sergey Furqal Putinin hakim Vahid Rusiya partiyasından vəzifədə olan qubernatoru 69,5 faiz səs fərqilə məğlub edib.
Bu il iyulun 9-da Furqal 15 il öncədən qaynaqlanan qətl ittihamları ilə həbs olunub. Bundan sonra onminlərlə etirazçı region paytaxtı Xabarovskun küçələrinə etirazlara çıxıb. Onlar əvvəlcə Furqalın öz doğma şəhərində mühakimə olunmasını, indi isə Putinin istefasını tələb edirlər.
Müəllif diqqəti Putinin yazda reytinqin rekord səviyyədə düşməsinə, iqtisadiyyatın 2014-cü ildən bəri ən böyük durğunluq yaşamasına çəkir və qeyd edir ki, bu etirazlar Kremlin yerli itaətsizlik qarşısında zəifliyini, onun Rusiyanın 85 regionuna sərt nəzarət etməyə çalışdığını ortaya qoydu. Putin hakimiyyətdə olduğu 20 il ərzində federasiyaya daxil ərazilərin muxtariyyətini dəyişdirib, Moskvadan idarə olunan sistem qurub, əvəzində də itaət tələb edib.
“Furqal kimi yerli dəstəklə, anti-Moskva əhval-ruhiyyəsi altında seçilən məmurlar bu yuxarıdan gələn sistemə təhdid hesab olunurlar. Onun qəfil qələbəsi dərhal administrasiyanı onun legitimliyinə kölgə salmağa sövq etdi”, – məqalədə deyilir.
“FT” prezident administrasiyasının 2019-cu il mart tarixli başqa bir sənədini dəəldə edib. Kreml qarşısına məqsəd qoyubmuş ki, növbəti üç il ərzində Furqalın regiondakı populyarlığı 46,1 faizə salınsın, Putinin reytinqi isə 48,6 faizə qaldırılsın. Bundan ötrü tamamilə dövlətin nəzarətində olan, onun idarə etdiyi mediadan istifadə olunaraq kampaniya aparılmalıydı.
“Həmkarlarım qarşısında belə bir hədəf qoyulmuşdu ki, Furqalın reytinqi salınsın, onun seçkidə məğlubiyyətinə hazırlıq görülsün”, – prezident administrasiyasının bir əməkdaşı qəzetə deyib.
Anonimlik şərtilə danışan məmur deyib ki, Furqal çox populyar imiş. “O, qətlə görə həbs olunmayıb, bu, sırf siyasətdir”, – o söyləyib. “FT” bu idialarla bağlı Kremldən şərh ala bilməyib./azadliq.org
Bu xəbər üçün şərh yazın