Krımda Rusiya aviabazasına zərbələr endirildi -

Krımda Rusiya aviabazasına zərbələr endirildi - Video

18 avqust axşam saatlarında Krımda, Sevastopolun şimal-qərbindəki Rusiyanın Belbek aviabazası ərazisində partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Şahidlər Belbek aerodromunda partlayışlar olduğu, Rusiya FHN-çilərinin əraziyə yollandığını bildiriblər.

Sosial şəbəkədə yayılan videoda yanğın və partlayışlar olduğu görünür, həyəcan siqnalının işlədiyi eşidilir.

Sevastopolun “qubernatoru” Mixail Razvojayev Belbok səmasında PUA vurulduğunu bildirib. Onun sözlərinə görə, tələfat yoxdur.

Yerli sakinlərin sözlərinə görə, bu partlayışın ardınca daha bir neçə partlayışlar baş verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi