KRIMDA RUSİYA DONANMASININ QƏRARGAHI PUA İLƏ VURULDU - VİDEO
Rusiya tərəfi Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən Rusiya donanmasının qərargahı yaxınlığında partlayışı təsdiqləyib.
TASS bildirir ki, bu barədə ərazinin “qubernatoru” Mixail Razvojayev məlumat verib.
O, qərargahın PUA ilə vurulduğunu bildirib. Məlumata görə, itki yoxdur.
***
Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən Rusiya donanmasının qərargahı yaxınlığında partlayış baş verib.
Report.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə görüntülər yayılıb.
Hazırda görüntülərlə bağlı məlumat dəqiqləşdirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın