KRIMDAKI DAHA BİR AVİABAZADA PARTLAYIŞLAR - Rusiya Müdafiə Nazirliyi susur
Simferopolun Qvardeysk qəsəbəsindəki aviabazada partlayış səsləri eşidilib.
AzPolitika.info xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Krımdakı yerli sakinlərə istinadla məlumat yayıblar.
Xəbərdə deyilir ki, aviabazanın ərazisində bir neçə partlayış baş verib və havada qara tüstü müşahidə olunub. Güman olunur ki, bu hərbi obyektə PUA-larla hücum edilib. Hələ ki, hücumun nəticələri barədə məlumat verilmir. Rusiya Müdafiə Nazirliyi isə hadisə ilə bağlı hər hansı şərh vermir.
Xatırladaq ki, bu gün Krımın Cankoy şəhəri ərazisindəki hərbi hissədə güclü partlayışlar müşahidə olunub. Rusiya hakimiyyəti hərbi hissədə yerləşən sursat anbarında baş verən partlayışı diversiya adlandırıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
Nazirlik Cankoy ərazisindəki elektrik stansiyası, dəmir yolu və yaşayış evləri də daxil olmaqla, bir sıra infrastuktur nöqtələrinə zərər dəydiyini bildirib. Həmçinin, Rusiya tərəfi ərazidən iki minə yaxın insanın evakuasiya edildiyini xəbər verir. Bununla yanaşı, Cankoydan keçən dəmir yolu xətti də zədələndiyi üçün qatarların hərəkəti dayandırılıb.
Bu xəbər üçün şərh yazın