KTMT Qarabağ savaşına ona görə qoşulmadı ki... – Putinin
Dağlıq Qarabağ beynəlxalq hüquqa görə hər zaman Azərbaycanın ərazisi olub. KTMT müdaxilə edə bilməzdi, Ermənistana hücum edən yox idi.
Bu sözləri Rusiya lideri Putin Rossiya-24-ün efirində deyib.
“Ermənistan özü də Dağlıq Qarabağın suverenliyini və müstəqilliyini tanımayıb. Bu isə beynəlxalq hüquqqa görə o deməkdir ki, həm Dağlıq Qarabağ, həm də ətrafındakı rayonların hamısı Azərbaycan Respublikasının ərazisi olub və ərazisidir. MTKM müqaviləsi üzv ölkənin ərazisinə aqressiv müdaxilə zamanı qarşılıqlı yardımı nəzərdə tutur. Ermənistan ərazisinə heç kim hücum etməyib”, - Putin bildirib.
Putin əlavə edib ki, bu fakt onlara bu hərbi əməliyyatlarda birbaşa iştiraka imkan vermirdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın