Laçın dəhlizindən Ermənistana gediş-gəliş dayandırılır - Rusiya hərbçiləri alternativ yola köçürüldü

Laçın dəhlizindən Ermənistana gediş-gəliş dayandırılır - Rusiya hərbçiləri alternativ yola köçürüldü 

Bu gündən etibarən Qarabağda yaşayan ermənilərin Laçın dəhlizi ilə hərəkəti tamamilə dayandırılır.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Silahlı Qüvvələri 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulduğu kimi, Laçın şəhərini və nəqliyyat yolunu Rusiya sülhməramlılarından təhvil alıb. Şəhərdə və Zabux, Sus kəndlərindəki qalan Livan və Suriya erməniləri isə ərazidən köçürülüb. Onların əksəriyyəti Ermənistana, az qismi isə Xankəndinə qayıdıb.

Rusiya sülhməramlıları kontingenti də Azərbaycan tərəfindən çəkilmiş alternativ yola köçürülüb. Bu yolun Azərbaycan daxilində əhəmiyyətli hissəsi müharibədən sonra büdcə vəsaiti hesabına çəkilib.

Ermənistan isə uzun müddət alternativ yolun öz ərazindən keçən hissəsini çəkməkdən imtina edib. Bir həftə öncə bu məqsədlə büdcədən 12 milyon dollar vəsait ayrılıb və Azərbaycan sərhədindən sonra başlayan Tex-Gorus istiqamətindəki 11.8 kilometrlik hissəsinin çəkilişinə start verib. Ekspertlər ən yaxşı halda bu yolun dekabrda hazır olacağını bildirirlər. Ona qədər ermənilər Ermənistan rəhbərliyinin mənasız inadkarlığı ucbatından mövcud dar, kələ-kötür yoldan istifadə etmək məcburiyyətində qalacaqlar.

Qeyd edək ki, Laçın dəhlizinə alternativ yola Azərbaycanın hansı formada nəzarət edəcəyi hələlik açıq qalıb. Rəsmi Bakı ən yüksək səviyyədə bildirib ki, Zəngəzur dəhlizinə hansı status veriləcəksə, bu yolda da ermənilər üçün həmin imtiyazlar tanınacaq. Hələlik müzakirələr davam etdirilir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi