
LAÇIN YOLUNDAKI POSTDA GÖMRÜKÇÜLƏRİMİZ DƏ FƏALİYYƏTƏ BAŞLADI
Dövlət Gömrük Komitəsi Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsindədir.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycan gömrükçüləri Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında fəaliyyətə başlayıblar.
Bütün normal ölkələrin sərhədlərində olduğu kimi, Azərbaycanın Laçın yolunun giriş hissəsində, Ermənistanla sərhəddə də sərhəd-gömrük postları sinxron fəaliyyət göstərəcək!
Qeyd edək ki, bu tarixi hadisənin baş vermə vaxtı da diqqəti cəlb edir. Belə ki, gömrük postumuz separatçı erməıniərin ümid bəslədiyi hadisələrdən - Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin yeni komandanı işə başladıqdan və Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Bakıya səfərindən dərhal sonra qoyulub. Bu da ermənilərin bütün üemidlərinin puç olmasıdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən məsələyə nöqtəni qoyub. Sitat: “Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir”./AzPolitika.info
Bu xəbər üçün şərh yazın