Latviyada Rusiya casus şəbəkəsi ifşa edilib – 4 nəfər saxlanılıb, məxfi sənədlər götürülüb
Latviya Dövlət Təhlükəsizlik Xidməti dörd Latviya vətəndaşını Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləməkdə şübhəli bilərək saxlayıb.
AzPolitika.info yerli mediaya istinadla xəbər verir ki, onlardan üçü barəsində həbs qərarı verilib. Digərinin ölkədən çıxışına qadağa qoyulacaq və yaşayış yerini dəyişmək barədə bildiriş tələb olunacaq. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə onlar “başqalarının fəaliyyət azadlığına, toxunulmazlığına, iqtisadi, sosial və fiziki təhlükəsizliyinə yönəlmiş fəaliyyətlər həyata keçiriblər”.
İstintaq zamanı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 14 obyektdə axtarışlar aparılıb, nəticədə xeyli məlumat daşıyıcısı və sənədlər götürülüb. Onların arasında Dövlət Təhlükəsizliyi Xidmətinin şübhəli hesab etdiyi qanunsuz əməliyyat fəaliyyəti üçün istifadə oluna bilən qurğular da var.
Rusiya xüsusi xidmət orqanlarında işlədiyi iddia edilən şəxslər digər Avropa ölkələrində də saxlanılır. İndiyə qədər Polşada, Almaniya və Böyük Britaniyada casus şəbəkələri ifşa olunub.
Bu xəbər üçün şərh yazın