Lavrov “Bayraqdar”ın Donbasda zərbə endirməsindən danışdı
Hazırda bu məlumatları araşdırırıq. Kiyev rəhbərliyinin baş verənlərdən sonra verdiyi son açıqlamalardan nəyin real, nəyin uydurma olduğunu anlamaq çox çətindir.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ordusunun Donbasda "Bayraqdar TB2" PUA-sından istifadə etməsi ilə bağlı xəbəri şərh edərkən deyib.
Lavrov Donbasdakı "nümayəndələr"lə birbaşa əlaqə qurduqlarını, hadisənin Staromarevka kəndində baş verdiyini söyləyib: "Bildiyimiz qədər onların (Ukrayna ordusu - red.) hücumunun qarşısı alınıb"./Axar.az
Qeyd edək ki, Ukrayna ordusu "Bayraqdar"dan ilk dəfə istifadə edərək, atəş açan və əsgərin ölümünə səbəb olan haubitsanı məhv etdiyini açıqlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın