Lavrovdan Ankaraya: “Narahatıq, ciddi qəbul edin”

Lavrovdan Ankaraya: “Narahatıq, ciddi qəbul edin” 

Rəsmi Ankara Ukrayna və Türkiyə arasında hərbi-texniki əməkdaşlıqla bağlı narahatlığımızı mümkün qədər ciddi qəbul etməlidir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türk həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.

“Bu əməkdaşlıq Ukrayna ordusunun inkişafına töhfə verib”, - Lavrov qeyd edib.

Rusiya XİN başçısı eyni zamanda vurğulayıb ki, Ukrayna rəhbərliyi Qərb tərəfdaşlarının təşviqi ilə ölkənin cənub-şərqində gərginliyi artırıb:

“Bu vəziyyət təhlükəli şəkildə sabitliyi poza bilər”./Yenisabah.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi