Lənkəranda azyaşlıya təcavüz edən polis əməkdaşına hökm oxundu

Lənkəranda azyaşlıya təcavüz edən polis əməkdaşına hökm oxundu 

Lənkəranda azyaşlı qıza təcavüz edən rayon polis idarəsinin əməkdaşı Mirsahib Kazımzadə barədə hökm oxunub.

Təcavüzə məruz qalan azyaşlının yaxınlarının Hurriyyet.az verdiyi məlumata görə, Lənkəran şəhər Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə keçmiş polis əməkdaşı 152.1 maddəsiylə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın Lənkəran şəhər-rayon polis şöbəsinin ictimai təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26 avqust 2020-ci il tarixdə, saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb və 7 dekabr 2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

30 sentyabr 2020-ci il tarixdə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi