Litva əhalisi Ukraynaya üçün birləşdi : “Bayraqdar” alınır
Litva və Türkiyə nümayəndələri Ankarada Litvaya “Bayraqdar” PUA-sı satmaq barədə saziş imzalayıblar.
Bu barədə “Delfi” portalı məlumat yayıb.
“Ölkə bu cür PUA və digər avadanlıqları rus işğalına qarşı mübarizə aparan və eyni zamanda pilotsuz sistem əldə etməyi düşünən Ukraynaya vermək üçün “Lasves” televiziyasının təşəbbüsü çərçivəsində sakinlərin topladığı pulla alacaq”,- məlumatda deyilir.
Qeyd olunur ki, Litvada üç gün ərzində Ukrayna üçün “Bayraqdar TB2” pilotsuz təyyarəsinin alınmasına 5 milyon avro toplanıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın