Livandan Ermənistana muzdlu döyüşçülər daşınır
Livanın paytaxtı Beyrutdan İrəvana “Airbus A320” təyyarəsi istiqamət götürüb.
Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, layner “Flightradar 24” tərəfindən görüntülənib.
Təyyarədə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə göndərməsi üçün nəzərdə tutulan muzdlu döyüşçülər daşınır.
"Bu hal Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarda Yaxın Şərq ölkələrindən gətirilən muzdlu döyüşçülərdən və terrorçulardan geniş istifadə etdiyini əyani formada bir daha göstərir. Həmin muzdular erməni hərbçilərlə birlikdə Azərbaycan Ordusuna qarşı döyüşürlər", - məlumatda bildirilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın