Liviyada dövlətlər qarşı -qarşıya gəlir- Türkiyə, Qətər və İtaliyaya qarşı ,Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir...
Vaqner» özəl hərbi şirkətinin (ÖHŞ) Liviyadakı fəaliyyəti çoxdandır Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğanı narahat edir.
Türkiyə lideri yenidən muzdluların Liviyada iştirakının qununauyğunluğu məsələsini qaldırıb.
Tunis prezidenti Kais Səidlə danışıqlardan sonra, Ərboğan ik dəfədir ki, «Vaqner» ÖHŞ döyüşçülərinin sayını açıqlayıb - 2 min nəfər.
Bundan başqa, o, Sudandan olan 5 min nəfər muzdludan da söhbət açıb. Onlar vaqnerçilərlə əl-ələ işləyirlər.
«Nə üçün və niyə bu gün Liviyada 5 min sudanlı və 2 min vaqnerçi yerləşib? Onlar orada nə edirlər?» -deyə, «Anadolu» agentliyi Ərdoğandan sitat gətirir.
Bundan əvvəl, Türkiyə prezidenti bəyan etmişdi ki, Ankara rusiyalı muzdluların Liviyadakı fəaliyyətinə göz yummayacaq. Çünki Türkiyə Liviya Milli Həmrəylik Hökumətini (MHH) dəstəkləyir.
KİV-in məlumatına görə, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir Həftarı dəstəkləyir, Türkiyə, Qətər və İtaliya isə MHH-nin tərəfindədir./Azpolitika.info
Bu xəbər üçün şərh yazın