Liviyada növbəti gərginlik: Hökumət binası ələ keçirildi
Silahlı şəxslər Tripolidə Milli Razılıq Hökumətinin mənzil-qərargahını və Müdafiə Nazirliyinin binasını ələ keçiriblər.
Bu barədə “Əl-Cəmahiriyyə” agentliyi məlumat yayıb.
Liviya paytaxtının bir sıra ərazilərində elektrik enerjisinin kəsildiyi bildirilib.
Qeyd edək ki, Tripolidə hökumət binalarının ələ keçirilməsi Liviyada dekabrın 24-nə təyin edilmiş prezident seçkilərinə cəmi 8 gün qalmış baş verib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın