Liviyada Türkiyəyə məxsus gəmi girov götürülüb- 17 heyət üzvündən biri azərbaycanlıdır
Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan, Türkiyəyə məxsus olduğu bildirlən “Mebruka” yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib.
Türkiyə mediasının verdiyi xəbərə görə, gəmi heyəti arasında doqquzu Türkiyə, biri Azərbaycan, yeddisi hindistanlı olan 17 nəfər heyət üzvü girov götürülüb.
Xəlifə Haftarın sözçüsü Əhməd Əl-Mismari yük gəmisində dərman olduğunu etiraf edib. O, gəminin Haftar tərəfindən qadağan olunan əraziyə girdiyi və “təlimatlara əməl etmədi”yi üçün Ras el-Hilal limanına çəkilərək orada saxlandığını deyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın