Lukaşenko Bakıda sirləri açdı: “Əliyev İrəvana pul təklif etmişdi” - VİDEO

Lukaşenko Bakıda sirləri açdı: “Əliyev İrəvana pul təklif etmişdi” - VİDEO 

"İlham Əliyev Paşinyandan əvvəlki hakimiyyətə konfliktin sülh yoluyla həllinə razılıq verəcəyi təqdirdə Qarabağı bərpa edəcəyi və Ermənistanı qaldıracağını təklif etmişdi".

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Görüşün görüntüsünü “Belarus 1” dövlət kanalı yayıb.

 

“Mən, prezident olmayanda çox yaxşı şeylər danışacağam. İlham Heydər oğlu erməni xalqına və Ermənistanın rəhbərliyinə bu konflikti sülhlə nizamlamağı təklif etmişdi. Təkliflərdən birini o mənə dedi: “Qulaq as, sənin ermənilərlə yaxşı münasibətlərin var. Onlara çatdır ki, mən təkcə Qarabağı yox, Ermənistanı da qaldırmağa, inkişaf etdirməyə hazıram (Lukaşenko bu sözləri deyərkən Prezident İlham Əliyevə dönərək, “O zaman sən bunu mənə deyəndə neft hələ 100 dollar idi” deyir). Mən pulun məbləğini demirəm. İlham Əliyev dedi ki, mən dərhal ödəməyə hazıram, onlara de ki, bu məsələnin sülhlə həll olunmasına razı olsunlar. Mən bunu ilk dəfə ictimai şəkildə deyirəm”, - deyə Lukaşenko bildirib.

 

Bundan sonra Azərbaycan Prezidentinə dönən Belarus lideri bunu deməyindən onun narazı qalıb-qalmadığını soruşub. İlham Əliyev isə ona “Sən artıq hər şeyi danışdın” deyə, gülərək reaksiya verib.

 

Lukaşenko daha sonra çıxışını davam etdirərək, Paşinyandan öncəki Ermənistan rəhbərliyinin bundan imtina etdiyini bildirib.

 

Çıxışın sözügedən hissəsi videoda 11:13-cü dəqiqədən başlayır./Pravda.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi