Azərbaycan vətəndaşları Türkiyədən ev alışını artırıb –Statistika Komitəsi
Bu ilin iyul ayında Türkiyədə mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 124,3% artaraq 229 357-yə yüksəlib.
Bu barədə Türkiyənin Statistika Komitəsi xəbər verir. Bu ölkədə xaricilərə cəmi mənzil satışları keçən ilin eyni ayı ilə müqayisədə iyulda 34,6% azalaraq 2 741 olub.
Belə ki, bu ilin iyul ayında Türkiyədə xariciləən çox ev alan İran vətəndaşları olub ki, hesabat dövründə onlar 540 mənzil satın alıblar. Sıralama da İranı İraq (388), Rusiya (154), Əfqanıstan (149), Almaniya (143) və Azərbaycan (115) vətəndaşları izləyib. Qeyd edək ki, 2019-cu ilin İyul ayında azərbaycanlılar Türkiyədə 92 mənzil almışdılar.
Məlumata görə, hesabat dövründə ən çox mənzil satılan bölgələr sıralamasında 39 432 mənzillə İstanbul (ümumi bazadakı payı 17,2% olub) birinci yerdə qərarlaşıb. Onu 26 885 mənzillə Ankara (ümumi bazadakı payı 11,7%) və 15 614 mənzil satışı ilə İzmir (ümumi bazadakı payı 6,8%) izləyib.
Eyni dövrdə ən az mənzil satılan bölgələr isə Hakkari (19), Ardahan (30), Şırnak (74) olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında əcnəbilərə satılan mənzillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,6% azalaraq 17 003-ə enib.Yeddi ay ərzində azərbaycanlılar Türkiyədə 546 mənzil alıblar. 2019-cu ilin eyni dövrü ilə müqayisədə bu say 623 mənzil idi.
Bu xəbər üçün şərh yazın