Lukaşenko vəzifəsini təhvil vermək üçün şərtlərini açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün etdiyi çıxışda hansı şərtlər qarşılığında hakimiyyəti təhvil verə biləcəyini bəyan edib.
Prezidentin başlıca tələbi ölkədə sülhün və asayişin təmin olunması, etiraz nümayişlərinin olmaması, şəxsi fikirlərin qanun çərçivəsində səsləndirilməsidir. Lukaşenko deyib: “Bu, başlıca tələbdir. İkinci şərt isə belədir: hakimiyyətə başqaları gəlsə və fərqli baxışları olsa, biz ikinci maddə olaraq yazacağıq ki, sizin – indiki prezidentin tərəfdarlarının başından bir tük də əskik ola bilməz”.
Lukaşenko qeyd edib ki, bu ölkəni əlindən gələni səfərbər edərək qurub və hakimiyyətdə qalıb-qalmamasından asılı olmayaraq, onu kimə gəldi etibar edə bilməz.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın