Lukaşenko xarici jurnalistləri ölkədən qovur – “Azadlıq” radiosunun iki əməkdaşı Belarusdan çıxarıldı
Avqustun 21-də Belarusda saxlanan “Azadlıq” radiosu rus xidmətinin müxbirləri Yulia Vişnevetskaya və Andrey Kiselev Rusiyaya geri göndərilir.
Partizanskiy polis şöbəsində bir müddət saxlandıqdan sonra hüquq-mühafizə orqanları onları Minskdəki Rusiya konsulluğunun müşayəti ilə geri göndərməyə qərar veriblər.
Miqrasiya xidmətinin imzaladığı sənəddə qeyd olunur ki, jurnalistlər avqustun 25-ə qədər ölkəni tərk etməlidirlər. Bundan başqa 2025-ci ilə qədər hər iki jurnalistin Belarusa girişlərinə qadağa qoyulur.
Məlumata görə, redaksiya jurnalistlərin Minskə səfərindən əvvəl Belarus Xarici İşlər nazirliyinə müraciət edərək müxbirlərinin ölkə ərazisində sərbəst işləməsi üçün rəsmi icazə istəyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın