Mahatma Qandinin abidəsi söküldü
“Biz irqçi ilə necə həmrəy ola bilərik?”
Hindistanın milli azadlıq hərəkatının siyasi və ruhani lideri Mahatma Qandiyə Qanada qoyulmuş abidə sökülüb. Ortaya çıxan bir kitab qara materikdə Qandiyə olan məhəbbəti heçə endirib. Cənubi Afrika alimləri Aşvin Desai və Qulam Vahed 7 il ərzində Mahatma Qandinin əsərlərini tədqiq edib.
Kitabda qeyd olunur ki, 1893-1914-cü illərdə Cənubi Afrikada yaşayan Qandi orada yaşayan Hindistan əsilli insanların hüquqlarının müdfiəsində ciddi işlər görüb. Ancaq həyatının həmin dövründə o, bir sıra ehtiyatsız ifadələr işlədib və irqçiliyə meyllənib.
Aşvin Desai yazır: “Arilərin qardaşlığına inanan Qandi ağ adamlarla hindistanlıları zəncilərdən mədəniyyət baxımından üstün bilirdi. Əlbəttə, o, irqçi idi “.
O da məlum olub ki, Qandi hindistanlıların zəncilərdən çox-çox üstün olması barədə dəfələrlə yazıb.
Bu kitab ortaya çıxdıqdan sonra Qanada tələbələr ayağa qalxıb. Çünki Mahatma Qandinin abidəsi məhz universitetin həyətində qoyulmuşdu. Yerli tələbə Nana Adoma Asare Adei BBC-yə deyib ki, abidənin burada olması o deməkdir ki, biz Qandi ilə həmrəyik. Ancaq biz irqçi ilə necə həmrəy ola bilərik? Afrikanın ləyaqətli adamları çoxdur. Öncə biz onlara abidə ucaltmalıyıq.
Bu xəbər üçün şərh yazın