Mahmudov sianid haqqında dəhşətli faktları açıqladı

Mahmudov sianid haqqında dəhşətli faktları açıqladı 

Gədəbəy rayonunun Söyüdlü kəndində sianid tərkibli süni gölün inşa edilməsi səbəbindən yaşanan olaylar gündəmin əsas mövzusudur. Sakinlər iddia edirlər ki, sianid turşusu xərçəng xəstəliyinə səbəb olur.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib ki, sianid zəhər qrupuna aid kimyəvi maddə olsa da, xərçəng yaratmır:

“Qeyd edim ki, vitamin B12-nin tərkibində cüzi miqdarda sianid var. Lakin miqdarın artıq olması qorxuludur. Onun duzları, turşusu buxarlana bilir. Sianid tənəffüs yollarında boğucu gücə malikdir. Əgər insan ondan bir balaca yesə və ya qoxlasa, bədəndə dəhşətli xəstəliklər əmələ gələr”.

R.Mahmudov bildirib ki, sianid ərik və gilas tumunda da az miqdarda olur:

“Ona görə də hər iki meyvənin tumunu yemək məsləhət görülmür. Sianid buxarlanan kimi ota çökmüş olur və beləcə insanı, heyvanı, hər şeyi məhv edir.

Sizə belə deyim: sianiddən əsasən sifarişçi dəstələr sirlərinin ələ keçməməsi üçün casusları təcili aradan götürmək məqsədilə istifadə edirlər. Yəni o dərəcədə ölümcül maddədir. Başqa dərmanla zəhərlənən zaman mədə-bağırsağı yuyub adamı xilas etmək olar, burada isə mümkün deyil. Dediyim kimi – xərçəng yaratmır, amma öldürür.

Yaxşı olar ki, sianidi hidrogen halına salsınlar, azot şəklində göllərə töksünlər, reaksiya aparıb onu birdəfəlik ləğv etsinlər, o, çox qorxulu maddədir”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər