Makron inad edir: yenə “islamçı terrorizm” dedi
Mozambikdə son vaxtlar mülki vətəndaşlara edilən hücumlar barədə məlumatlar islamçı terrorizmin beynəlxalq ictimaiyyət üçün yaratdığı təhlükəni göstərir.
Bunu Fransa Prezidenti Emmanuel Makron Tvitter səhifəsində yazıb.
“Mozambikdə 50-dən çox insanın başı kəsildi, qadınlar qaçırıldı, kəndlər talan edildi, yandırıldı. Barbarlar terror yaymaq üçün sülh dinindən istifadə edir. İslamçı terrorizm beynəlxalq cavab tələb edən bir təhdiddir”, - Makron bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın