Manaf Ağayevə qarşı növbəti təxribat,yoxsa maqazin jurnalistikasının daha bir naşılığı?- Bunun ciddi jurnalistikaya aidiyyatı...
İki gün əvvəl müğənni Manaf Ağayevlə ARB telekanalının əməkdaşı arasında yaşanan insidentin əks olunduğu videogörüntü geniş müzakirələrə yol açıb.
Pisi də odur ki,baş verən bu məsələdə jurnalistlə bərabər, həm də ümumi jurnalistikanı qınayan, instagram və sosial şəbəkələrdə “jurnalistlər də ağını çıxarıb” şərhini yazanlar da var. Bu fikir isə məcburiyyət yaradır ki, məsələyə münasibət bildirəsən.
Beləliklə, kadrlardan görünür ki,müğənninin maşınına əyləşən jurnalist “bardaçok”u açmağa çalışır. Süjetdən göründüyü kimi,Manaf Ağayev əvvəlcə sakit şəkildə xahiş edir ki,”bardaçok”açılmasın, şou-maqazin müxbirinin cəhdlərini davam etdirməsini gördükdə bu dəfə kəskin şəkildə etirazını bildirir,məqbul bildiyi bir şəkildə onun qolundan tutaraq maşından bayıra tullayır.Bunu özü üçün haqq edən, amma Manafdan gözləməyən jurnalist hələ bir “Manaf ,bu nə hörmətsizlikdi”-deyə haray-həşir salır, “hərəkətinə” bəraət qazandırmaq istəyir. Bu mənzərəni seyr etdikdə ciddi jurnalistika ilə məşğul olan istənilən şəxsi xəcalət hissi bürüyür. Jurnalistikamız bu qədərmi cılızlaşıb,maqazin jurnalistikası beləmi olmalıdır?Axı,hər şeyin bir əndazəsi var.Bu millətin ümumi mənafeyi naminə bütün əziyyətlərə və iztirablara qatlaşan ciddi jurnalistlərimiz niyə maqazin jurnalistikasına görə utanc hissi keçirtməlidi?
“Bardaçok”-gizli saxlanc yeridir.Əks təqdirdə “bardaçok”un qapağını bağlamaq üçün açar lazımsız hesab olunardı.Maşın sahibinin icazəsi olmadan kiminsə oraya “burnunu soxması”,hələ üstəlik də çəkiliş apararaq,orada gördüklərini bütün xalqa nümayiş etdirməyə cəhd göstərməsi,əlbəttə ki,yolverilməzdir.Bəlkə də, Manafa qarşı bir təxribatdı .Belə çıxır ki,kimsə səni adam yerinə qoyub,evinə qonaq çağırırsa,sən zorla onun yataq otağına soxulub çəkiliş aparmaq istəyəcəksən ?
Manaf Ağayev hər halda möhürünü vurmuş sənət adamı,tanınan şəxs olmaqdan öncə insandı,bir Azərbaycan kişisidi.Bəlkə o,”bardaçok”a ailə üzvülərinə və yaxud özünə aid nəsə alıb,qoyub.Ay müxbir, axı sən hansı ixtiyarla bu cür hərəkət edirsən ? Məgər başa düşmürsənmi ki,bu hərəkətinlə jurnalistləri xalqın gözündən salırsan? Axı,xalqımızın müəyyən kəsimi hələ də jurnalistlərimizin hansı etaplara bölündüyünü ayırd etməkdə çətinlik çəkir, hamıya eyni gözlə baxır.
O kadrları izləyən hər kəs,heç şübhəsiz ki, səni qınayacaq,sənə ikrah hissi ilə yanaşacaq,bu da əsl jurnalistlər haqqında pis bir təsəvvür yaradır. Bu fikirləri yazmaqla biz heç də Manaf Ağayevi müdafiə etmək ,onun tərəfini saxlamaq məqsədi güdmürük. Əslində onun bizim dəstəyimizə ehtiyacı da yoxdu. M.Ağayev onsuz da sənətkar,xeyirxah və mərd bir insan kimi çoxdan əksəriyyətin sevgisini qazanıb.
Bəlkə də, bu və ya digər səbəblərə görə, bəzi bədxahlar M.Ağayevi nə yolla olursa- olsun nüfuzdan salmağa çalışırlar.Elə bir müddət əvvəl müğənni Mətanət Əsədova ilə bağlı məlum qalmaqallı videoya sərt mövqe sərgiləməsinə görə də M.Ağayevi hədəfə almağa cəhd göstərənlər vardı.
Friddun Oruc
Faktinfo.az
Bu xəbər üçün şərh yazın