Maqsud Mahmudov saxlanılıb- Yenilənib
Ukrayna Milli Təhlükəsizliyi Nazirli ölkə ərazisində əməliyyat keçirib.
Əməliyyat nəticəsində Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş 51 yaşlı Maqsud Mahmudov saxlanılıb. Ukrayna Milli Təhlükəsizliyi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, M. Mahmudov ötən ilin noyabrından Ukraynaya gəlib və orada gizlənirmiş. Bu müddətdə o, taksi xidmətindən istifadə edərək mütəmadi telefon nömrəsini dəyişirmiş.
O, da bildirilir ki, M. Mahmudov Ukraynada siyasi mühacir statusu almaq niyyətində imiş və bu səbəbdən də o Kiyevdə kirayə tutduğu evdə qalırmış. Təhlükəsizlik orqanlarının əməkdaşları 51 yaşlı azərbaycanlını Kiyevin Qoloseyski rayonunda qaldığı mənzildə yaxalayıb.
Onun yaxın vaxtlarda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə olub./Pravda.az
***
Maqsud Mahmudov azadlığa buraxılıb.
Bu məlumatı Maqsud Mahmudovun özü internet televiziyalarından birinə açıqlamasında bildirib.
O, saxlanılıb Azərbaycana deportasiya edilməməsini belə şərh edib: “Ukrayna hakimiyyəti məni Azərbaycana vermədi”
Maqsud Mahmudovun azadlığa buraxılmasında Leyla Yunusun önəmli rol oynadığı da bildirilir.
\\Ovqat.com
Bu xəbər üçün şərh yazın