Mariya Zaxarova:"Qarabağda yalnız rus sülhməramlılar olacaq"
“Üçtərəfli razılaşmada yalnız rus sülhməramlılarının yerləşəcəyi qeyd olunub”.
“Interfax” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.
O bəzi KİV-lərdə Dağlıq Qarabağda rus sülhməramlıları ilə bərabər, digər ölkələrdən olan sülhməramlı qüvvələrin yerləşdiriləcəyi barədə yayılan xəbərləri təkzib edib.
Mariya Zaxarova deyib: “Sənəddə yalnız rus sülhməramlılarının bölgəyə yerləşdirilməsindən bəhs edilir”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın