Martın 1-dən ictimai nəqliyyat pulsuz olacaq –Lüksemburqda
Qərbi Avropa ölkəsi olan Lüksemburqda martın 1-dən etibarən ictimai nəqliyyat pulsuz olacaq.
NTV xəbər verir ki, bu tətbiqə qatar, tramvay və avtobuslar şamil ediləcək.
Beləliklə, Lüksemburq icimai nəqliyyat pulsuz olduğu ilk ölkə olacaq.
Ölkə rəhbərliyi bunu nəqliyyat sıxlığının azalması və karbon qazı nisbətinin düşməsi məqsədilə tətbiq edir.
Qeyd edək ki, ictimai nəqliyyatın pulsuz edilməsi 2018-ci ildən bəri planlaşdırılır. Bu, tətbiq ölkəyə illik 41 milyon avroya başa gələcək./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın