Masazır qəsəbəsinin girişində tıxac yaranır

Masazır qəsəbəsinin girişində tıxac yaranır 

Abşeron rayonu Masazır qəsəbəsinin girişində tez-tez tıxac yaranır, avtomobillərin ərazidən keçməsi vaxt alır.

Faktinfo.az xəbər verir ki, son 2 ayda Masazır qəsəbəsinin girişində avtomobillərin tıxacda qalmasına ərazidə tikilən “obyekt”lər səbəb olur. Masazırın girişində, yolun kənarında “Araz” market istisna olmaqla, paralellik və simmetriya qorunmadan tikilən qanunsuz obyektlər qəsəbənin girişində avtomobillərin gedişinə əməlli-başlı maneə yaradır, ümumi görünüşə xələl gətirir.

Haşiyə: Təəssüflər olsun ki, qanunsuz tikililər ətrafında vəziyyət münaqişə həddinə çatanda  “obyekt”lərin Qarabağ qazilərinin adına rəsmiləşdirilməsi hallarına dəfələrlə rast gəlinib.Masazırın girişindəki vəziyyətə gəlincə, qeyd etməliyik ki, Sumqayıt istiqamətində bu yolun genişləndirilməsi nəzərdə tutulub.Bu səbəbdən yolun kənarında tikilən qanunsuz obyektlərə hazırda icazə  verilərsə,bu bəri başdan hüquqi məsuliyyət yaradır.Xatırladaq ki,dəfələrlə ölkə prezidenti İlham Əliyev ümumi görünüşə xələl gətirən, səkilərin, yolların və qadağan olunmuş ərazilərin zəbt olunaraq orada qanunsuz tikililərin aparılmasına öz kəskin etirazını bildirib, bu barədə rayon icra hakimiyyəti rəhbərlərini xəbərdar edib, aidiyyatı qurumlara tapşırıqlar verib.

Onu da qeyd edək ki, son illər Bakı şəhərində vətəndaşlar üçün nəzərdə tutulan səkilərin, qadağan olunmuş ərazilərin zəbt olunması geniş vüsət alıb. Paytaxtın bəzi rayonlarının ərazilərində obyektlər vətəndaşların istifadəsində olan səkilərin, ərazilərin qabağa çəkilməsi hesabına genişləndirilir. Həmçinin, səkilərin və qadağan olunmuş ərazilərin zəbt olunması, piyadaların hərəkət etdiyi ərazilərdə motosikletlərin istifadəsi, ərazidə avtomobillərin saxlanılması ölkəmizə gələn turistlərin də artıq narazılığına səbəb olur, hərəkətdə olan şəxslərin bəzi ərazilərdə avtomobil yoluna çıxması müşahidə edilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər