"MedEra Hospital" xiyar turşusundan zəhərlənən kişini həyata qaytara bilmədi

"MedEra Hospital" xiyar turşusundan zəhərlənən kişini həyata qaytara bilmədi 

Bakının Binəqədi rayonunda orta yaşlı kişi konservləşdirilmiş pomidor-xiyardan zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi "MedEra Hospitalı"nda dünyasını dəyişib.

Ölən şəxsin qohumları bildiriblər ki, onlarda A.Hümbətovun ölümü ilə bağlı şübhə yarandığı üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Eskpertlər ölümün dəqiq səbəbini araşdırırlar.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi