Mehdiyev Kərim Şükürovun istefasını qəbul etmədi

Mehdiyev Kərim Şükürovun istefasını qəbul etmədi 

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi (AMEA) Tarix İnstitutunun Baş direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib.

Bu barədə Report.az-a akademiyadan bildirilib.

Qeyd olunub ki, K.Şükürov bu gün günorta saatlarında vəzifəsindən istefa verməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə keçirilib.

Bildirilib ki, müşavirədə məsələ müzakirə edilib və K.Şükürovun istefa ərizəsi qəbul olunmayıb. Beləliklə, onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun hesab edilib və nöqsanları aradan qaldırmaq üçün K.Şükürova vaxt verilib

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi