Məhərrəm ayı başlayıb- Aşura günü sentyabrın 10-na təsadüf edəcək
Hicri təqvimi ilə bu gündən Məhərrəm ayı başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura fətvasında hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura gününün isə sentyabrın 10-na təsadüf edəcəyi bildirilib.
Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.
Qeyd edək ki, Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir(azərtac).
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın