Məhərrəm Novruzovun kürəkəni həbs edildi

Məhərrəm Novruzovun kürəkəni həbs edildi 

Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, hadisə zamanı “Renc Rover” markalı avtomobilin sahibi və sürücüsü Elşad Kərbalayev həbs edilib.

Qeyd edilib ki, qəzan zamanı E.Kərbalayev sərxoş vəziyyətdə olub.

Xatırladaq ki, iyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində E.Kərbalayevin idarə etdiyi “Renc Rover” markalı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daevo” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Daevo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

***

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayonunda baş verən ağır yol qəzası ilə bağlı daha bir açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən verilən açıqlamada deyilir:

"İyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi Rayon Polis İdarəsinə gətirilib.

Araşdırma aparılır.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi