Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar çıxardı

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar çıxardı 

Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib. Belə ki, Gültəkin Hacıbəylinin Nəsimi Rayon Məhkəməsinin bütün tərkibi ilə işə baxılmasına edilmiş etirazı təmin olunmayıb.

 

Qeyd: Gültəkin Hacıbəyli barəsində ötən il oktyabrın 27-də Cinayət Məcəlləsinin 147.2 maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında cinayət işi açılıb. O, xarici ölkədə olduğu halda məhkəmə xəbərdarlıq etmədən iddianı icraata götürüb və barəsində saxlanma qərarı çıxarıb.

 

Noyabrın 30-da Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. O, bir neçə saat saxlanıldıqdan sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb və hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasından sonra sərbəst buraxılıb. Vəkil Bəhruz Bayramov bildirib ki, Leyla Arif adlı "Facebook" istifadəçisi onun statusuna şərh yazdığına görə Gültəkin Hacıbəylini xüsusi ittiham qaydasında məhkəməyə verib.

 

Dekabrın 23-də Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında məhkəmə prosesi keçirilib. Məhkəmədə o, işin Nəsimi Rayon Məhkəməsində baxılmasına etiraz edib, məhkəmə işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi