"Məhkəmə hakimiyyəti Milli Orduya oxşayır,amma..." -Qüdrət Həsənquliyev
Dünyada baş verən dəyişikliklər fonunda Azərbaycanı gözləyən ən böyük təhlükə islahatların gecikdirilməsi ola bilər.
Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib.
O bildirib ki, islahatlar güclü məhkəmə hakimiyyətinin yaradılması ilə davam etdirilməlidir:
“Bizim çoxlu vicdanlı hakimlərimiz olsa da, ümumən məhkəmə hakimiyyəti Milli Orduya oxşayır. Amma Orduda döyüş zamanı komandirlər daha sərbəst qərar qəbul etmək səlahiyyətlərinə malik olurlar, nəinki bizim hakimlər konkret işlərə baxarkən. Məhkəmə hakimiyyətinin müstəqilliyinə nail olmadan ölkəyə böyük məbləğdə investisiya qoyuluşuna, mülkiyyətin toxunulmazlığına, iqtisadiyayatın şaxələndirilməsinə və inkişafına nail ola bilməyəcəyik.
Biz şərqli olduğumuzdan yüzillər ərzində formalaşmış menatlitet imkan verməyəcək ki, andlı iclasçılar institutu yaratmadan məhkəmələri məmurların iradəsinin həyata keçirilməsini təmin edən “cəza orqanı” olmaqdan çıxarıb ədaləti təmin edə biləcək müstəqil dövlət hakimiyyət orqanına çevirək. Hakimlərin məhkəmə sədrləri ilə, sədrlərin isə yuxarı instansiya məhkəməsi ilə razılaşdırmaqla qərar qəbul etməsi təcrübəsinə son qoyulmalıdır. Bunun üçün ölkədə konstitusiya islahatlarına ciddi ehtiyac var”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın