Məhkəmə İmran Xanın parlamenti buraxmaq qərarını ləğv etdi
Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılmasını konstitusiyaya zidd adlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Geo-TV kanalı məlumat yayıb.
Ali Məhkəmə, "Baş nazirin prezidentə Milli Assambleyanın buraxılmasını tövsiyə etmək hüququ yox idi. İndiyə qədər qəbul edilmiş bütün qərarlar ləğv edilib"-deyə bildirib.
Baş hakimlər həmçinin Milli Assambleyaya baş nazir İmran Xana etimadsızlıq səsverməsi ilə bağlı iclas çağırmağı tapşırıblar.
Qeyd edək ki, Arif Alvi baş nazirin təklifi ilə bazar günü Milli Assambleyanı buraxıb. Bu, müxalifətin 2018-ci ildə hakimiyyətə gələn Xanı ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə, eləcə də korrupsiyada ittiham edərək baş nazirə etimadsızlıq elan etmək cəhdinə başlamasından sonra baş verib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın