Məktəbli minaların yerini müəyyən edə bilən dron hazırlayıb
Türkiyədə orta məktəb şagirdi minaların yerini müəyyən edə bilən dron hazırlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, 12 yaşlı Mert Delibalta bölgədə terrorizmin vurduğu ziyandan təsirlənərək yerə basdırılan partlayıcı maddələrin yerini müəyyən edə bilən bir dron hazırlayıb.
M.Delibalta "Casus Drone Finding Bombs" adlı bir layihəyə başlayıb. Təxminən 4 ayda tamamlanan layihə ilə 17-18 May tarixlərində Erciyes Universiteti tərəfindən təşkil edilən "İkinci Beynəlxalq Eru Mekatron Robot Yarışması"na qatılan Mert birinci yerin qalibi olub.
O, Prezident Rəcəb Tayyib Ərdoğanla 29 Oktyabr Cümhuriyyət Bayramı şənliyində görüşəcəyini, bundan qürur duyduğunu bildirib:
"Terror hadisələri mənə çox təsir edirdi. Xəbərlərdə daim bombaların partladığını görürdüm və kədərlənirdim. Bunun qarşısını almaq üçün pilotsuz təyyarələr hazırladım. Hazırladığım dron bombaları tapır. Prezidentimizin dəvətinə görə çox sevindim. İndi ixtiramı daha da təkmilləşdirməyə çalışıram".
Bu xəbər üçün şərh yazın