Məktəblilər arasında daha bir bıçaqlanma- 8-ci sinif şagirdi öldü- Bakıda dəhşət
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 8-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Kazımov Sənan Kənan oğlu oxuduğu məktəbin 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hər iki şagird Bakıxanov qəsəbəsində yerləşən orta məktəblərin birində oxuyurlar.
Faktinfo.az xatırladır ki,orta məktəblərdə tərbiyə işinin təşkili yox səviyyəsində olduğundan son 7 ildə orta məktəblərdə baş verən bütün utancverici hərəkətlərə-şagirdlərin bir-birini bıçaqlaması da əlavə olunub. Artıq belə demək mümkünsə,təhsil sistemi kriminallaşır...
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın