"Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət..."

"Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət..." -Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzindən prezident İlham Əliyevə şikayət

Əsli- Azərbaycan Respublikasının Ali Baş Komandanı və Prezidenti cənab İlham Əliyevə,

Surəti:   Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım MehribanƏliyevaya

                       Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova,

                       Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə,  

                      Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova,

                     Azərbaycan Respublikasının Ekologiyavə Təbii Sərvətlər  naziri

                    cənab Muxtar Babayevə,

                     Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayl Cabbarova            

                     

                     

                    Ombudsman Aparatının rəhbərinə, Vicdanlı  Mətbuat orqanlarına

                   Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Seyidov Xalid Tofiq oğlu tərəfindən

                        “Qəbələ Regional Meşə Təssərüfatı Mərkəzinin müdiri Alim Əlizadənin və ETSN-dəki himayədarlarının korrupsiya  hətəkətlərinin dərhal qarşısının alınması və regionun meşə fondunun xilas edilməsi”barədə

                                                  Ş İ K A Y Ə T  

     Çox hörmətli Ali Baş Komandan,  Prezident İlham Əliyev!

Mən 2020-ci ilin aprelindən indiyədək Oğuz-Qəbələ rayonlarında meşə fonduna edilən total hücumlar – kütləvi ağac kəsimləri barəsində foto və video faktlar əsasında dəfələrlə şikayət məktubları ünvanlamışam. Doğrudur, şikayətlərimə dərhal reaksiya verən DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi yazdıqlarımı təfsilatıilə araşdırdıqdan sonra ATSN Qəbələ Regional meşə Təsərrüfatının müdiri olmuş İlqar Qəribovu və bir neçə əməkdaşını ifşa edib həbs etdilər. ETSN bu hadisədən sonra İlqar Qəribovun yerinə onun dostu olan Alim Əlizadəni təyin etdi. Bəs bu təyinatdan sonra nə baş verdi?

İ.Qəribov  işdən azad etdilər. Bir neçə aydır ki, onu əvəz edən, A.Əlizadə  bu sahədə durğunluq illərinin yaşadığını sübut etdi. Lakin yerini tam bərkidə bilməsədə,  A.Əlizadə  vəzifə icrasının elə birinci ayından sonra rüşvətxorluqda və digər qanunpozuntularında  öz sələfini də, ötdü. İndi indi bizlərə aydın olur ki, cənab Qəribov istintaq altında olsa da bu gün Qəbələ Regional Meşə Təsərrüfatı onun mobil telefonla etdiyi diqtə ilə idarə olunur. Verilən məlumata görə İlqar Alimə zəng edəndə o qeyri-ixtiyari olaraq kreslosundan qalxaraq baş üstə baş üstə deməklə kitabçasına növbəti tapşırıqları qeyd edir. Elə ona görə də təzə müdir gəldiyi gündən indiyədək hər bir meşə dolayında olan kütləvi ağac kəsimlərinə görə məcbur olub aktlar tərtib etdirsə də, İlqar Qəribovun kadrları olan  heç bir meşə gözətçisinə güldən ağır söz deyə bilmir. Kütləvi meşə kəsintisindən əldə edilən pullar isə yenə də İ.Qəribovun göstərişləri əsasında naməlum istiqamətdə daşınır. Yəni son müşahidələrimdən və faktlar üzrə yazdığım şikayətlərin nəticəsiz qalmasının səbəbləri indi mənə məlum olur ki, ETSN Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi indi də deyure olmasa da de fakto istintaq altında təcridxanada olan  İ.Qəribov tərəfindən idarə olumaqdadır. Digər misal göstərə bilərik. Oğuz rayonundan Muxas kənd sakinləri Hümbət Musayev və Asifin 8 saylı meşə dolayında yenicə kəsilmiş 130 ədəd qiymətli ağacların fotoları ETSN və digər direktiv orqanlara göndərilsə də İ.Qəribovun dostu hesab edilən meşə gözətçisi Bənövşə xanıma kimsə söz deyə bilmədi. 130 ağaca görə A.Əlizadənin göstərişilə cəmi 1250 manat cərimə aktı yazdılar. Tək Muxas kənd meşəsindən son bir il ərzində 10 minə qədər ağac kəsintisi olmuşdur.  Vəssəlam. Halbuki bu tək bir palıd ağacının cəriməsidir. Belə isalları rayonun daşağıl, Filfili, Tayıflı və digər kəndlərində də göstərmək olar. Amma görünən budur ki, ETSN – də baş dövlət məmurları özlərini korluğa, karlığa və lallığa qoyublar.

Son müraciətimdən sonra ETSN-nin 6  saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin  komissiyası bir neçə meşə dolağında apardığı yoxlama zamanı  baş verən kütləvi məhvetməni gördülər. Lakin onlar çox az ərazini əhatə edən sahəyə - yalnız hər meşə dolayından cəmi 1 kvartala baxış keçirməklə kifayətləndilər. Halbuki, hər meşə dolayı 8-10 kvartaldan ibarətdir.Budur, 8 dekabr şikayətimdən sonra ETSN-nin 6  saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə yeni təyin olunmuş Akif Məmmədov ( qardaşı Valeh Məmmədov da Oğuzda meşə gözətçisi işləyir və onun ağac bazarına bu günə qədər heç kim bir söz deyə bilməyib. Yəni onun ağacla dolu kəsilmiş odun KAMAZlarını heç bir qüvvə hələlik saxlatdıra bilməyib) mənə telefonla zəng edib hansı meşə dolayının yoxlanmasını soruşdu. Mən bir neçəsinin adını çəkdim. Ertəsi gün, yəni yoxlamadan əvvəl o Alim Əlizadəyə bu barədə məlumat ötürmüş və meşə işçiləri də komissiyadan əvvəl gəlib həmin ərazilərdəki kəsilmiş bütün ağacları danqalayaraq aktlar tərtib edib getmişlər. Guya tədbir görülübmüş. Sonradan bu hoqqabazlığın səbəbi mənə aydın oldu. Cənab Akif Məmmədovla ( Şahdağ Milli Parkının sabiq direktoru) Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Alim Əlizadə ilə əvvəllər uzun müddət ETSN-nin Yaşıllaşdırma Depertamentində dostlar kimi birlikdə işləyiblərmiş.

Çox etibarlı mənbələrdən aldığımız məlumata görə  ETS naziri cənab Muxtar Babayev təyin olunduğu gündən işə qəbul zamanı heç kimdən rüşvət almır. Yaxşı əgər bu doğrudan da, belədirsə onda yerlərdə yığılan pullar kimin cibinə axır?

   Sonuncu müraciətimdə xüsusi vurğulamışdım ki, Oğuzun Tayıflı kəndi ərazisində 2019-cu ildə ETSN tərəfindən salınmış 6 ha qoz bağını A.Əlizadə tamamilə şumlatdırıb yerli bələdiyyə sədrinə taxıl əkməsi üçün icarəyə verib. Eləcə də kəndin digər yerindəki 8 ha meşə sahəsini ağır texnikanın köməyilə kürütdürərək taxıl əkdirib. Bu adam regionda meşələri qorumaq əvəzinə meşə fondunu ermənilərdən betər yerlə-yeksan edirsə buna törədilmiş ağır cinayətdən başqa nə ad vermək olar? Doğrudanmı, regionda hüquq-mühafizə orqanları özlərini bu qədər itiriblər ki, gözlərinin önündə məhv edilən meşə fondunu görmürlər?

Onu da xatırladım ki, 35 gün əvvəl mənim şikayətim əsasında DİN-nin BMCQMİ-nin əməkdaşları Oğuzun Filfili kəndinin tək bir hissəsində yoxlama aparakən bir dəstəni cinayət başında yaxlayaraq aparmışlar. Hadisə REAL TV-nin çəkilişi əsasında 3 həftə əvvəl ictimaiyyətə təqdim edilmişdir.

   ETSN Regionnal Meşə Təsəsrrüfatı Mərkəzinin müdiri A.Əlizadə hazırda idarənin ən vacib postlarına sabiq müdir İ.Qəribova yaxınılarını vaxtilə qanunpozuntusuna görə işdən qovulmuş bir neçə şəxsə( hansı ki. onların heç uyğun ali təhsilləri belə yoxdur) yenidən 2 ştat vahidi üzrə işə götürərərk qanusuzluq edir. Məqsədi sabiq müdirin tapşırıqları əsasında hazırda törədilməkdə olan qanusuz əməllər barədə məlumatların kənara çıxmasının qarşısını almaqdır.

Maraqlı burasıdır ki, şikayətlərimiz əsasında yerində araşdırma aparılması üçün Oğuza gəlmiş ETSN Daxili Audit İdarəsinin rəisi Samir Kərimli adlı birisi də yaxın meşə ərazisində formal göründükdən sonra heç bir qeydlər etmədən çıxıb getmişdir.

  Mənim 1 ay əvvəl yazdığım şikayət ərizəsinə cavab verən ETSN-in yanında Dövlət Ekologiya Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırovun 27 noyabr 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: Qələbənin yenikənd meşəbəyliyinin 10 saylı və Bum meşəbəyliyinin 6 saylı dolaylarında yoxlamalar aparılmasını tələb etmisiniz. Araşdırma zamanı Yenikənd meşəbəyliyində cəmi 2 (iki) ədəd müxtəlif cinsli, kiçik diametrli ağacın kəsilməsi aşkar edilmişdir.”  Yəni formal cavabdan da görünür ki, ETSN –nin məsul şəxsləri nədənsə Oğuz və Qəbələdə son illər aparılan kütləvi meşə kəsintilərini görmək və qanunauyğun tədbir görmək istəmirlər. Onlar bu biznesdən əldə olunan gəlirə ortaq olmaqla arvad-uşaqlarını  dolandırır, vəzifələrinin öhdəsindən gəlmirlər.

 Mən müdir A.Əlizadəyə ağac kəsimlərilə bağlı iradlarımı bildirdikdə hər dəfə yalandan qeyd edir ki, biz bu kəsimlərlə bağlı tədbir görülməsi üçün sənədləri prokurorluğa göndəririk.Bəs prokuror nə tədbir görür? Bilən yoxdur.

     Cənab Prezident, və hörmətli xanım Mehriban Əliyeva! Sizin hazırda müharibə və müharibədən sonrakı dövrdə vacib işlərin həyata keçirilməsilə məşğul olduğunuzdan istifadə edərək  ETSN Oğuz-Qəbələ Meşə Təsəsrrüfatı İdarəsinə yenicə müdir vəzifəsinə təyin edilən müdiri Alim Əlizadənin ETSN dəki havadarlarına arxalanaraq və  sələfi Qəribovun tapşırığıilə onun yolunu davam edərək işlədiyi 8 ay ərzində meşələrimizi həm kürümə, həm də kütləvi kəsiminə şərait yaratmaqla məhv olmasına gətirib çıxaran qanunsuz əməllərin qarşısının alınması üçün bir daha  xahiş edirəm ki, Oğuz-Qəbələ meşələrinin barbarcasına darmadğın edilməsi faktlarının yerində araşdırılmasına və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlaravə hüquq-mühafizə orqanlarına göstəriş verəsiniz.

İmza: X.T.Seyidov /tel. 070-347 48 00.    

Tarix: 03 yanvar  2021-ci il.

Faktinfo.az



"Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət...""Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət...""Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət...""Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət...""Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət...""Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət...""Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət...""Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət...""Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət...""Məlumata görə,nazir Muxtar Babayev heç kimdən rüşvət almır,elədirsə yerlərdə yığılan rüşvət..."
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi