"MƏN OPEK-ə ONA GÖRƏ NİFRƏT EDİRDİM Kİ..."

"MƏN OPEK-ə ONA GÖRƏ NİFRƏT EDİRDİM Kİ..." - Tramp Rusiya və Səudiyyə Ərəbistanını hədələdi

Birləşmiş Ştatlar yəqin ki, dünya bazarının digər iştirakçıları ilə birlikdə neft hasilatının azaldılmasına getməyəcək.

Bu açıqlmanı ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirib. O, jurnalistlərin ABŞ-ın digər ölkələrlə birlikdə hasilatın azaldılmasına razı olub-olmayacağı barədə sualı cavablandırıb: “Mən düşünmürəm ki... Qulaq asın, biz artıq ixtisar etmişik. Biz bazara həddən artıq bağlıyıq. Onlar(ABŞ istehsalçıları) artıq hasilat həcmini avtomatik azaldıblar”.

Trampın fikrincə, Moskva və Ər-Riyadın özləri yaranmış vəziyyətdən razı deyillər və ondan çıxış yollarını da özləri axtaracaqlar: “Sadə deyim, iki ölkə var ki, onlara ciddi zərər dəyir. Rusiyadır – büdcə gəlirlərinin əsas hissəsi neftdən əldə olunur. Bir də Səudiyyə Ərəbistanıdır. Onun də gəlirlərinin əsas mənbəyi neftdir. Onların hansı məqsədlə olrusa-olsun bazarı “sulaması” mənasızdır. Düşünürəm ki, onla bununla məşğul olacaqlar. Son həftə ərzində ciddi irəliləyiş əldə olunub. Görmək maraqlı olacaq ki, cümə axşamı OPEK+ məsləhətləşmələri necə nəticələnəcək”.

ABŞ prezidenti etiraf edirb ki, dünya neft bazarındakı vəziyyətdən onun ölkəsinin istehsalçıları ciddi zərər görüblər: “Uzun illər boyu mən hesab edirdim ki, OPEK hədsiz ədalətsiz bir qurumdur. Mən OPEK-ə nifrət edirdim. Daha bir həqiqət istəyirsiniz, mən OPEK-ə ona görə nifrət edirdim ki, söhbət fırıldaqlardan gedirdi”.

Trampın sözlərinə görə, indi ABŞ görünməmiş böyüklükdə neft sənayesinə malikdir və orada çoxlu sayda insan çalışır: “Və mən istəmirəm ki, yanacaq qiymətlərinin indiki kəskin düşməsi bu iş yerlərinin bağlanmasına səbəb olsun”.

Bəs ABŞ prezidenti OPEK+ görüşündə nəticə əldə olunmasa hansı addımlar atacaq? Tramp belə cavab verib: “Baxarıq. Mənim çoxlu hərəkət variantlarm var. Çoxlu yaxşı variantlar! Bəlkə də onlar mənim daha çox xoşuma gələcəklər”...

ABŞ-a neft idxalına əlavə rüsumların tətbiqi mümkündürmü? Prezident bu suala birmənalı cavab verməyib: “Hadisələri gedişatını izləyin. Ümid edirik ki, onlar (OPEK+ ölkələri) saziş bağlamağa nail olacaqlar”./Musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi