"Məni həbs etməyə gəlsələr atəş açacağam..."

"Məni həbs etməyə gəlsələr atəş açacağam..." - Eks-prezident Atambayev - VİDEO

Dünən ölkə parlamenti tərəfindən toxunulmazlıq hüququndan məhrum edilmiş Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev onu həbs etməyə cəhd edildiyi təqdirdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərəcəyini vəd edib.

TASS xəbər verir ki, bunu o, qanunvericilik orqanının qərarını şərh edərkən bildirib. Atambayevin sözlərinə görə, onun ixtiyarında hədiyyə edilmiş silah var.

“Hüquq-mühafizə strukturlarının əməkdaşlarından aldığım məlumat var ki, mənim həbsimə hazırlıq gedir. Mən hər şeyə hazıram və müqavimət göstərəcəyəm”, - o deyib.

Atambayevin fikrincə, güc strukturlarının işçiləri arasında onun xeyli tərəfdarı var. Lakin elələri də var ki, cinayətkar əmri yerinə yetirməyə hazırdırlar.

“Həbs vaxtı mən tək olacağam, yanımda heç kim olmayacaq”, keçmiş dövlət başçısı söz verib. Daha öncə o elan edib ki, özünə qarşı irəli sürülən ittihamlar “boş və absurddur”.

Atambayev qanun pozuntusu ilə bağlı beş epizod üzrə şübhəli bilinir. Belə ki, onu torpaq sahələrinin profilinin dəyişdirilməsində, Bişkək İEM-in yenidən qurulmasında korrupsiyada, criminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq həbsdən buraxılmasında, həmçinin paytaxtdakı İEM-ə qanunsuz kömür təchizatına yardımçı olmaqda və yaşayış evinin tikilməsi üçün Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahəsinin alınmasında ittiham edirlər.

Atambayev 2011-2017-ci illərdə Qırğızıstanın prezidenti olub və birinci prezidentlik müddətindən sonra könüllü olaraq vəzifəsindən getmiş ilk dövlət başçısıdır./Virtualaz.org/


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi