Mənsimov II layihəyə başlayır: onlara təqaüd verəcək
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali Holdinq” tərəfindən elan olunmuş II Təqaüd Proqramına müraciət prosesi başa çatıb.
II Təqaüd Proqramına əsasən, daha 100 azərbaycanlı tələbəyə təqaüd veriləcək.
“Palmali”nin II Təqaüd Proqramına cəlb olunacaq tələbələr arasında seçimdə aşağıda göstərilən 3 kateqoriyadan olan şəxslərə üstünlük verilib:
1) Şəhid ailələrindən olan tələbələrə;
2) Qarabağ müharibəsi veteranlarının ailələrindən olan tələbələrə;
3) Məcburi köçkün ailələrindən olan tələbələrə.
Qeyd edək ki, “Palmali”nin II təqaüd proqramı üzrə sənədlərin qəbulu 31 may 2019-cu il tarixinə qədər həyata keçirilib. Proqrama qatılmaq istəyən tələbələr zəruri sənədləri tam siyahı və bir faylda təqdim edib. Palmali səlahiyyətliləri və şura üzvləri sənədlərə baxış keçirərək kateqoriyalara uyğun tələbələr seçiblər. Seçilən tələbələrin adları bu həftə ərzində www.palmaliegitim.com saytında açıqlanacaq. Seçilmiş tələbələr “Palmali Holdinq”ə dəvət olunacaq və hər birinə sertifikat təqdim ediləcək.
Xatırladaq ki, I Təqaüd Proqramı bu ilin martında başa çatır. I Təqaüd Proqramında təhsilə münasibəti və ailə vəziyyətinə görə seçilmiş 50 tələbəyə burs verilməsi davam edəcək.
Onu da qeyd edək ki, bundan əvvəl I Təqaüd Proqramına qoşulan 100 azərbaycanlı tələbə davamlı olaraq burslarını alırlar.
Təqaüd Proqramı yalnız tələbələrə bursvermə proqramı kimi qiymətləndirilməməlidir. Burs alan tələbələrdən bir qrupu “Palmali” şirkətində əmək haqqı almaq şərti ilə təcrübə keçiblər. Daha sonra isə həmin tələbələrdən bir neçəsi “Palmali” şirkətində işlə təmin olunublar./axar.az
Bu xəbər üçün şərh yazın