Mənzil bazarında ucuzlaşma gözlənilir
2015-ci il devalvasiyalarından sonra durğunluq yaranan tikinti sektorunda hiss olunacaq dərəcədə canlanma müşahidə edilməkdədir.
Xüsusilə yola salmaqda olduğumuz 2018-ci ilin ortalarından başlayaraq, ölkədə start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradır.
Demək olar ki, hazırda paytaxtın bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Artıq iş adamları da qəbul edirlər ki, təklif tələbi üstələyir. Bu isə o deməkdir ki, yaxın aylarda Bakıda yeni tikilən evlərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşəcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın