Meral Akşenerin partiyası "altılı masa" dan da çıxdı
Türkiyənin əsas müxalif partiyalarından biri olan İYİ Partiya 6 müxalifət partiyasının yaratdığı birlikdən çıxıb.
Report.az "TRT Haber" yə istinadən xəbər verir ki, bunu İYİ Partiyanın sədri, Böyük Millət Məclisinin sədri Meral Akşener jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, “Altılı masa” adlanan birlik prezidentliyə vahid namizəd məsələsində razılığa gələ bilməyib: "Biz CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk edirik”.
M.Akşener söyləyib ki, “Altılı masa” artıq millətin iradəsini təmsil etmir.
Qeyd edək ki, Türkiyənin 6 müxalif partiyası “Altılı masa” da birləşmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın