Mərkəzi Gömrük Hospitalına yeni rəis təyin olunub
Mərkəzi Gömrük Hospitalına yeni rəis (baş həkim) təyin olunub. Bununla bağlı martın 16-da müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev səhiyyə müəssisəsinin rəisi (baş həkim) təyin edilib.
Qeyd edək ki, B.Musayev 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. O, indiyədək bir çox yerlərdə müxtəlif vəzifələrdə çalışıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın